![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2024/02/1693142756.mudafie-1.jpg?resize=1140%2C694&ssl=1)
Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Arazmedia.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.