DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qaradağın icra başçısı səyyar qəbul keçirdi

1 dəqiqəyə oxunur

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib. 

Arazmedia.az  xəbər verir ki, səyyar qəbuldan əvvəl Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı və Şəhidin valideynləri Çeyildağ qəsəbəsində yerləşən Vətən Müharibəsi Şəhidi Qədirov Şahin Bayram oğlunun xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Sonra, səyyar görüşün keçirildiyi məktəbin önündə ucaldılmış Şəhid Muradov Səyavuş Əlimurad oğlunun büstü önünə də İcra başçısı, müavinlər və şöbə müdirləri tərəfindən gül dəstələri qoyulub. Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə görüşüb. 

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 40-a yaxın qəsəbə sakinləri iştirak etmişdir.

Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib. 

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.