“Beşiktaş” rəhbərliyi əsas heyətdən kənarlaşdırılan Vensan Abubakarı qış transfer pəncərəsi dönəmində havayı buraxmayacaq.
Arazmedia.az xəbər verir ki, məlumatı “Sabah” yayıb.
Xəbərə görə, İstanbul nəhəngi Moskva “Spartak”ının və Səudiyyə Ərəbistanı təmsilçilərinin transfer siyahısında olan forvardı azı 5 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, Abubakar “Beşiktaş”a bu ilin yanvarında “Əl-Nəsr”dək keçib.