![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/12/1702576211.photo_97291.jpg?resize=1140%2C694&ssl=1)
“Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
Arazmedia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. “Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib – 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.