DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Zəfər Günü ilə əlaqədar Qaradağda ağacəkmə aksiyası keçirildi – FOTOLAR

1 dəqiqəyə oxunur

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində, o cümlədən Qaradağ rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Arazmedia.az xəbər verir ki, 8 noyabr – Zəfər Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən kütləvi ağacəkmə aksiyaları çərçivəsində noyabrın 4-də Qaradağ Rayon İcra Hakimiyyəti strukturlarının əməkdaşları, Şəhid ailələri, vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin iştirakı ilə Qaradağ rayonu, Bakı-Qazax yolunun Sahil qəsəbə ərazisində ərazisində 500 ədəd şam ağacı əkilib. Ağaclara daimi qulluq və suvarılma məsələləri həll edilib.

Qeyd edək ki, mövsüm ərzində Qaradağ rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.