Mən Ermənistan Respublikasının ərazisinin 29800 kvadrat kilometr olması ilə bağlı bəyanat verdim, ondan sonra Parlamentin qarşısında çoxminlik nümayiş oldu.
Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol 2024-cü ilin dövlət büdcəsi layihəsinin məşvərətçi müzakirəsi zamanı çıxışında bildirib.
Paşinyan bunu ictimaiyyətin dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin böyüklüyü haqqında o qədər də yaxşı təsəvvürə malik olmaması ilə əlaqələndiirb: “Bu, bilik məsələsi deyil, əslində, çəkdiyimiz bütün uğursuzluqların təməl daşıdır. Dağılan dünya düzənində təhlükəsizliyimizi təmin etmək üçün yeganə vasitə vətənin dövlətlə eyniləşdirilməsi, onun ərazisi, beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyüdür”.
Baş nazir bildirib ki, son iki ildə beynəlxalq vəziyyət xeyli pisləşib: “Nüvə müharibəsi ehtimalı ekspertlər və siyasətçilər arasında ciddi müzakirə mövzusuna çevrilib. Biz yer üzündə qurulmuş dünya nizamının dağılması şəraitində yaşayırıq. Bu vəziyyət Ermənistan Respublikası üçün ciddi təhlükələr yaradır, lakin bu təhlükələrin səriştəli idarə olunması dövlətimiz üçün də eyni dərəcədə ciddi imkanlar yarada bilər.