DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Azərbaycanla sülhün 3 prinsipi razılaşdırılıb” – Paşinyan

1 dəqiqəyə oxunur

Azərbaycanla sülhün 3 fundamental prinsipi razılaşdırılıb. 

Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol 2024-cü ilin dövlət büdcəsi layihəsinin məşvərətçi müzakirəsi zamanı çıxışında bildirib.

“Azərbaycanla sülhün və münasibətlərin normallaşdırılmasının üç əsas prinsipi razılaşdırılıb və tərəflər həmin razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sülh və münasibətlərin normallaşdırılması sazişinin imzalanması reallaşar”, – Paşinyan deyib. 

Baş nazir qeyd edib ki, plana Türkiyə ilə münasibətlərin tənzimlənməsi də daxildir: “Ümidvaram ki, yaxın gələcəkdə biz xüsusi nümayəndələrin müzakirələri və danışıqları nəticəsində əldə olunmuş razılıqların həyata keçirilməsinə nail olacağıq. Bu mərhələdə Ermənistan-Türkiyə sərhədi 3-cü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılır. Siyasi razılaşma ilə yanaşı, mühüm infrastruktur işləri də görülüb, xüsusən də biz Marqara keçid məntəqəsində işləmişik və artıq açılışa hazırıq”.