Bu gecə İsrailin Aşkelon şəhəri Qəzza zolağından kütləvi raket atəşinə məruz qalıb.
Arazmedia.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, təkcə ötən gün ərzində İsrail ərazisinə 3 mindən çox raket atılıb.
Davamlı atəş nəticəsində “Dəmir Qübbə” raketdən müdafiə sisteminin sursatı əhəmiyyətli dərəcədə tükənib. Bununla əlaqədar Təl-Əviv tədarükün artırılmasında kömək üçün ABŞ-yə müraciət edib.