DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Putin uzun sürən müharibəni uduzacaq” – Zelenski

1 dəqiqəyə oxunur

“Rusiya prezidenti Vladimir Putin uzun sürən müharibəni uduzacaq”. 

Arazmedia.az xəbər verir ki, Bunu Ukrayna prezidenti VOLOdimir Zelenski “The Economist”ə müsahibəsində deyib.

Zelenski qeyd edib ki, Ukraynanı tez bir zamanda fəth edə bilməyən Putin Ukraynanı qeyri-funksional, kimsəsiz, qaçqınları Avropada problemlər yaradan dövlətə çevirməyə çalışır: “Putin başa düşmür ki, uzun müharibədə uduzacaq. Çünki rusların 60%-nin, yoxsa 70%-nin onu dəstəkləməsinin fərqi yoxdur. Onun iqtisadiyyatı iflasa uğrayacaq. Ukrayna Rusiya daxilində zərbələri artırdıqca, ruslar öz ordusunun onları qoruya bilməməsi ilə bağlı narahat suallar verməyə başlayacaq”. 

Zelenski uzun müharibə haqqında düşünmək istəmədiyini, lakin buna hazırlaşdığını vurğulayıb: “Mən hazır olmalıyam, komandam uzun müharibəyə hazır olmalıdır, emosional olaraq da hazıram”.