DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu ərazilərdə içməli suyun qənaətlə istifadəsi tövsiyə edilir

1 dəqiqəyə oxunur

Azərbaycanın Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərində, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsində yaşayan abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edilir.

Bu barədə Arazmedia.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Belə ki, sözügedən ərazilərə içməli su məhdudiyyətlərlə verilir. Bunun səbəbi son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın həddən artıq yüksək olması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcminin xeyli azalmasıdır.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.