![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/08/1693250408108.jpg?resize=914%2C667&ssl=1)
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Arazmedia.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyindən məlumat verilib. Bildirilir ki, avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlər görülüb.