Bakıda 13 yaşlı qız itkin düşüb. Arazmedia.az xəbər verir ki, hadisə avqustun 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Məlumata görə, 2010-cu il təvəllüdlü Aytac Məhərrəmli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. Share