DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukraynanın ən hündür abidəsindəki sovet gerbi milli simvolla əvəzlənib

1 dəqiqəyə oxunur

Avropanın ən hündür abidələrindən olan “Ana Vətən”in qalxanındakı sovet simvolu Ukraynanın gerbi olan üçdişli mizraqla (“Trezub”) əvəzlənib.

Arazmedia.az  xəbər verir ki, bu barədə ölkənin UNIAN nəşri məlumat yayıb.

Bildirilib ki, bazar günü səhər gerbin konstruksiyasının monumentin qalxanına qaldırılmasına başlanılıb.

Üçdişli mizraq taxıldıqdan sonra qalxanın xarici görünüşü üzərində kosmetik işlərin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, avqustun 1-də “Ana Vətən” gerbindəki sovet simvolu sökülüb. Ötən ilin iyulunda ölkənin Mədəniyyət Nazirliyi Ukraynanın ən böyük abidəsindən sovet gerbinin sökülməsinin zəruriliyi ilə bağlı ukraynalıların fikrini öyrənmək üçün sorğu keçirib. 90 %-dən çoxu köhnə gerbin yığışdırılmasının tərəfdarı olub. Eyni zamanda, 85 % heykəlin qalxanına Ukrayna simvolunun yerləşdirilməsi ideyasını bəyənib.