Gəncədə iki gün əvvəl baş verən qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Arazmedia.az apa-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Tuhktaev Habibjon Hamro oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Atatürk prospekti ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin – 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.