Daşqınlar Sloveniya büdcəsinə yarım milyard avro dəyərində ziyan vurub.
Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Qolob bildirib. Dağıdıcı daşqınlar nəticəsində ölkədə 3 nəfər həlak olub, yollar, körpülər və evlər dağılıb. Qolobun sözlərinə görə, ölkə ərazisinin üçdə ikisi zərər çəkib.
Qolob bildirib ki, yol və enerji infrastrukturu, eləcə də yüzlərlə ev və digər binalar xüsusilə ağır zədələr alıb. Minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.