DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Cüdoçularımız MDB Oyunlarında ilk günü 5 medalla başa vurdular

1 dəqiqəyə oxunur

Belarusun ev sahibliyi etdiyi II MDB Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları yarışın ilk günündə 3 qızıl və 2 bürünc medal qazanıblar.

Arazmedia.az xəbər verir ki, oğlanlardan 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov, 55 kiloqramda Ayxan Mirzəzadə və 66 kiloqramda Cəsur İbadlı bütün görüşlərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Qızların yarışında isə 40 kiloqram çəki dərəcəsində Xədicə Abdullayeva və 52 kiloqramda Aytən Verdiyeva bürünc medal əldə ediblər.