Ukrayna Qərbdən kifayət qədər yardım almır.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Braziliyanın “O Globo” qəzetinə müsahibəsində deyib.
“Kifayət qədər kömək varmı? Müharibə bitsəydi, bu kifayət edərdi. Nə qədər ki, müharibə var, heç nə kifayət etmir. Bu, nələrinsə çatışmadığını göstərir”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, yardım təkcə silah verməklə olmur.
Zelenski Kiyevin həm silahlanmada, həm də informasiya müharibəsində dəstəyə və humanitar yardıma ehtiyac duyduğunu bildirib.