DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Yeni qurulmuş sərhəd keçid məntəqəsi ölkəmizdə əhəmiyyətli rola malikdir

1 dəqiqəyə oxunur

Bildiyimiz kimi, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda Vaqif Xaçaturyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın keçid məntəqəsində saxlanılıb. Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə İlham Əliyev Laçın keçid məntəqəsinin yaradılmasının labüdlüyünü vurğulamışdır. Uzaqgörən dahi siyasətçi İlham Əliyevin bildirdiyi labüdlük növbəti dəfə özünü doğrultdu.
Nəzər yetirmək lazımdır ki, Laçın keçid məntəqəsi yeni qurulmasına baxmayaraq öz vacibliyini qoruyur. Elə Ali Baş Komandan, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev bu əhəmiyyətlilik dərəcəsinə görə bu keçid məntqəsinin yaradılmasının labüdlüyünü bildirmişdir. Artıq bu keçid məntəqəsində xidmət edən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ayıq-sayıqlığı nəticəsində Azərbaycan Respublikasının sərhədləri pozulmur və cəhdlərin qarşısı alınaraq, mənfur düşmən öz layiqli cavabını alır.
Diqqət olunacaq digər məqam isə bu məntəqənin yaradılması, qüdrətli Azərbaycan xalqı və onun əzmkar gəncliyinin günlərlə davam edən mübarizəsi nəticəsindədir. Həmin aksiyalar zamanı dövlətimizin atmış olduğu bir neçə humanist addım, Azərbaycanın daim sülh mövqeyində olduğunun bariz nümunəsidir. Həmin aksiyalar Azərbaycan xalqının və onun gəncliyinin bir daha tarix boyu özünə məxsus olan əzmkarlığını bütün dünyaya nümayiş etdirdi.
Vətənimiz Azərbaycanın sosial-ictimai, siyasi-iqtisadi gələcəyinin

minatçısı olan biz gənclər ölkə başçımızın yenilməz siyasətini daim istisnasız olaraq dəstəkləyir və vətənimizin suverenliyi üçün bütün imkanlarımızı səfərbər edəcəyimizi qürurla bildiririk.


Ərhun Baxış
UNEC YENİ Klubun koordinatoru