Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Arazmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, kollegiyanın üzvlərinin sayı 10-a çatdırılıb. “Kollegiyanın üzvləri:” bölməsindən “Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılıb. Share