DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Tələbə krediti üzrə müraciətlərin qəbuluna başlanılır

1 dəqiqəyə oxunur

20 iyul saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır.

Arazmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər. 

Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər. 

Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz: www.e-ttkf.edu.az