Ermənistanın baş nazir Nikol Paşinyanla Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub. Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin rəsmi saytı məlumat yayıb. Həmsöhbətlər Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyinə və cari proqramlara dair məsələləri müzakirə ediblər. Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub. Share