DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Cəbrayılda köməksiz qalan Türkiyə vətəndaşı xilas edildi – VİDEO

1 dəqiqəyə oxunur

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Arazmedia.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində operativ olaraq əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.

Yanğınsöndürənlər operativ olaraq Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.