DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Seul-Vaşinqton hərbi ittifaqı nüvə silahına çevrilib”

1 dəqiqəyə oxunur

Cənubi Koreya prezidenti Yoon Seok-yeol Seul və Vaşinqton arasındakı ittifaqın gücləndiyini və “nüvə ittifaqına çevrildiyini” söyləyib.  

Arazmedia.az xəbər verir ki,  bu  barədə “Yonhap” agentliyi məlumat yayıb. 

Yoon Seok-yeol qeyd edib ki, Şimali Koreya öz nüvə və raket imkanlarını artırır və nüvə silahının istifadəsini qanuniləşdirib. Buna görə də Cənubi Koreya hökuməti və ordusu Cənubi Koreya və ABŞ arasında həmişəkindən daha güclü müttəfiqliyə əsaslanan “dəmir təhlükəsizlik sistemi” qurmaqla öz vətəndaşlarının həyatını və təhlükəsizliyini qoruyacaq.

Onun sözlərinə görə, aprel ayında ABŞ prezidenti Co Baydenlə birgə imzalanmış Vaşinqton Bəyannaməsi Amerikanın nüvə silahlarının çəkindirici təsirini əhəmiyyətli dərəcədə gücləndirir. “Cənubi Koreya və ABŞ ittifaqı artıq nüvə ittifaqına çevrilib”, – Yoon Suk Yeol yekunlaşdırıb.