DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Ukrayna əks-hücum əməliyyatına başlayıb” – Podolyak

1 dəqiqəyə oxunur

Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinə qarşı əks-hücum əməliyyatına başladığını bildirib.

Arazmedia.az xəbər verir ki,  o, bu  barədə “Rai 1” telekanalının efirində deyib. 

Onun sözlərinə görə, Ukrayna əsgərləri bir sıra ayrı-ayrı əməliyyatlar aparır: “Bir neçə gündür əks-hücum davam edir, bu müharibə sərhəd boyu 1,5 min kilometrə qədər uzanır, lakin artıq ayrı-ayrı əməliyyatlar başlayıb”.

Həmçinin, Podolyak Kiyev Qərb ölkələrinin ona verdiyi silahlardan yalnız özünün hesab etdiyi ərazilərdə hərbi əməliyyatların aparılması üçün istifadə etmək niyyətində olduğunu açıqlayıb.  

O, müttəfiqləri F-16 qırıcılarını Kiyevə köçürməyə çağırıb. Siyasətçi qeyd edib ki, Ukrayna ordusuna hava məkanını bağlamaq üçün döyüş təyyarələri lazımdır.