DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ələtdə Heydər Əliyevin 100 illiyi münasibətilə salınan mini park istifadəyə verildi – FOTOLAR

1 dəqiqəyə oxunur

Qaradağ rayonunun Ələt qəsəbəsində “Heydər Əliyev ili” çərçivəsində təmizlik-abadlıq işləri davam edir.

Arazmedia.az xəbər verir ki, bu məqsədlə müxtəlifyönümlü tədbirlər həyata keçirilib, yaşıllaşdırma və abadlıq işləri görülüb. 

Ələt qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin xatirəsinə bir neçə ay öncə qəsəbədə yeni abad məhəllənin tikintisinə başlanılıb.

Bu gün Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsində Heydər Əliyevin 100 illiyi münasibətilə yeni mini park tikilərək sakinlərin istifadəsinə verilib.
Parkda uşaq atraksionları və vətəndaşların asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb.

Qeyd edək ki, ümumi sahəsi 600 kv.m olan parka 2000 ədəd mişar daşı istifadə olunaraq, hasar tikilib, 70 kv.metr bəzəkli dəmir reşetka quraşdırılıb. Parkın ərazisində 400 kv.m aqlay daş yerə döşənib, ərtafda 120 kv.m qazon salınıb. Bundan əlavə 50 ədəd piramida şam ağacı, 30 ədəd zeytun ağacı, 30 ədəd tuya həmişə yaşıl ağac, 130 ədəd bəzəkli gül kolları əkilib. Ağacların suvarılması üçün su xətti çəkilib və elektrik enerjisi təminatı üçün iki ədəd günəş paneli quraşdırılıb. Əhalinin istirahətini təmin etmək üçün bir kölgəlik söhbətgah, iki ədəd 10 oturacaqlı uşaq yeləncəyi, iki ədəd sürüşkən, bir ədəd ikitərəfli, bir ədəd dairəvi artaksion və 10 ədəd skameyka quraşdırılıb.