ABŞ prezidenti Co Bayden mayın 18-də Yaponiyada Baş nazir Fumio Kişida ilə görüşmək niyyətindədir.
Arazmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Amerika prezidentinin cədvəlində G7 sammiti çərçivəsində Kişida ilə görüş qeydə alınıb.
ABŞ lideri mayın 18-də Yaponiyanın Xirosima şəhərinə gedəcək. G7 sammiti mayın 19-21-də Xirosimada keçiriləcək.