DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

110-nömrəli Məktəbdə Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir baş tutdu – FOTOLAR

1 dəqiqəyə oxunur

Ələt qəsəbəsindəki Seyfulla Məmmədov adına110 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Sən elə bir zirvəsən”adlı tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Ələt qəsəbə bələdiyyəsinin sədri Azad Musayev, Ələt qəsəbəsinin icra nümayəndəsi Altay Əliyev, müəllim və şagirdlər də iştirak edib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və digər çıxış edənlər Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafındakı rolundan və böyük xilaskarlıq missiyasından söz açıblar.
Daha sonra şagirdlər Ulu Öndərə həsr olunmuş şeir və mahnılar ifa ediblər.
Məktəbin direktoru Sərvinaz Hüseynova çıxış edərək tədbirin təşkilində əməyi olanlara və iştirakçılara minnətdarlığını bildirib.

Hacıağa Qayıbov