DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiyada meşə yanğınlarında 3 nəfər öldü

1 dəqiqəyə oxunur

Rusiyanın Kurqan vilayətinin bir sıra yaşayış, istirahət kəndləri və qəsəbələrində irimiqyaslı yanğınlar baş verib. İlkin məlumatlara görə, vətəndaşlara və müəssisələrə xeyli maddi ziyan dəyib. 

 Arazmedia.az xəbər verir ki, yanğın nəticəsində 3 nəfər həlak olub, hazırda ölənlərin dəqiq sayı müəyyənləşdirilir. Bu faktla bağlı Rusiya İstintaq Komitəsinin Kurqan vilayəti üzrə İstintaq Komitəsinin istintaq orqanları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsinin 2-ci hissəsi (səhlənkarlıq) ilə cinayət işi başlanıb.

Hazırda ixtisaslaşmış bölmələrin əməkdaşları yanğının lokallaşdırılması və söndürülməsi üçün bütün mümkün tədbirləri görür.