![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/05/1683491649_mwzid2rnljnymmw4qhsizgf0ysi6eyjby3rpb24ioijqcm94esisiljlzmzlcmvyijoiahr0chm6ly93d3cuz2f6zxrhlnj1l3nvy2lhbc9uzxdzlziwmjmvmduvmdcvmjazodq0njiuc2h0bwwilcjqcm90b2nvbci6imh0d.jpg?resize=640%2C360&ssl=1)
ABŞ prezidentliyinə namizəd hüquqşünas, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu olan kiçik Robert Kennedi müsahibəsində 1963-cü ildə dövlət başçısına sui-qəsddə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əli olduğunu bildirib.
Arazmedia.az xəbər verir ki, bu barədə o “New York Post”a danışıb.
“Onun qətlində MKİ-nin əli olduğuna dair güclü dəlillər var. Hesab edirəm ki, hazırda bu, ağlabatan şübhələrdən kənardadır”, – siyasətçi bildirib.
Kennedinin sözlərinə görə, Amerika kəşfiyyatı təkcə qətldə deyil, həm də cinayətin “izlərini ört-basdır etməkdə” iştirak edib.