“Qiyam Ta Serquni” adlı haker qrupu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin internet saytlarını və serverlərini sındırıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin avtomobillərinin gizli nömrələrinin siyahısı, Bəsic komandirləri və müşavirləri, eləcə də XİN-in 11.000 əməkdaşının adları internetdə yayılıb.
Qrup həmçinin İranın məhkum olunmuş diplomatı Əsədulla Əsədinin İrana qaytarılması ilə bağlı planları, həmçinin İran və Belçika arasında məhbus mübadiləsi sazişinin bağlanması səyləri, Avropa ölkələrinin rəsmiləri ilə onlarla görüş və media sənədlərini açıqlayıb.
Bundan əlavə, İran XİN-in 210 sayt və sisteminin sındırıldığı da açıqlanıb. Hakerlər nazirliyin təşkilati planını və yazışma kodlarını əldə edib.