Aprelin 16-da Zəngəzur bölgəsində avtomobil qəzası baş verib. Arazmedia.az erməni KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində Rusiya Federasiyası vətəndaşları Sater S. və Sergey S. yaralanıb. Onlar Gorus Tibb Mərkəzinə aparılıb. Məlum olub ki, sözügedən şəxslər Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləridir. Share