İranda ölkənin hava hücumundan müdafiə qüvvələrinin 10 hərbçisi 2020-ci ildə Tehran yaxınlığında Ukraynanın UIA sərnişin təyyarəsinin vurulmasında iştirak etdiklərinə görə həbs cəzasına məhkum edilib.
Arazmedia.az xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin rəsmi xəbər portalı “Mizan Online” məlumat yayıb.
Hərbçilər 1 ildən 13 ilədək həbs cəzası alıblar. Qeyd olunur ki, hökmlər 20 məhkəmə iclasından və üç il ərzində aparılan ətraflı araşdırmadan sonra çıxarılıb.
Eyni zamanda təqsirləndirilən şəxslərin heç birinin adı çəkilməyib.
Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə PS752 reysini yerinə yetirməli olan UIA aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi Beynəlxalq Hava Limanı ərazisində vurulub. Təyyarədə olan 167 sərnişin və 9 ekipaj üzvü həlak olub. Ölənlər arasında 11 Ukrayna (o cümlədən 9 ekipaj üzvü), 82 İran, 63 Kanada, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya və Böyük Britaniya vətəndaşı yer alıb.