ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şərqində İŞİD terrorçularına qarşı əməliyyat keçirib. Arazmedia.az xəbər verir ki, bu barədə CENTCOM-un açıqlamasında bildirilib. Helikopterlə keçirilən əməliyyat zamanı İŞİD-in “rəhbər” şəxslərindən hesab edilən Huzeyfe əl-Yəməni və onun iki müavini ələ keçirilib. Əl-Yəməninin bir sıra hücumların hazırlanmasında iştirak etdiyi bildirilir. Share