Ermənistan ordusu bu dəfə də döyüş mövqelərini qoyub qaçdılar.
Arazmedia.az “Caliber”ə istinadən xəbər verir ki, erməni hərbçiləri Dığ kəndi istiqamətində mövqelərini ataraq qaçıblar.
Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Ermənistan ordusunun xeyli sayda itki verdiyi bildirilir.