Fransada pensiya yaşının artırılmasına etiraz edən kütlə Bordo şəhərinin meriyasını yandırıblar.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər də nümayişçilərə qoşulub.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması qərarı ilə bağlı nümayişlər və iğtişaşlar artıq bir həftədir ki, davam edir.