![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/03/1647720362.novruz_5e735d384250c.jpg?resize=700%2C500&ssl=1)
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır.
Arazmedia.az xəbər verir ki, qeyri-iş günləri martın 18-də başlayacaq və martın 26-da isə son qeyri-iş günü olacaq.
Belə ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2023-cü il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Beləliklə, 18, 19 və 25, 26 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (18,19, 20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləridir.
Növbəti iş günü martın 27-dir.