DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

İsveçrə Rusiyanın daha 50-100 milyard dollarlıq aktivini bloklaya bilər

1 dəqiqəyə oxunur

İsveçrə Rusiyanın daha 50-100 milyard dollarlıq aktivlərini bloklaya bilər.

Arazmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Berndəki səfiri Scott Miller, İsveçrənin Neue Zürcher Zeitung nəşrinə verdiyi müsahibədə bildirib,

“Hakimiyyət artıq Rusiyanın İsveçrə banklarındakı 7,5 milyard İsveçrə frankı məbləğində aktivlərini dondurub”, – diplomat xatırladıb.

Millerin fikrincə, sonradan dondurulması və müsadirə edilməsi üçün mümkün qədər çox Rusiya aktivləri tapmaq lazımdır ki, onları Ukraynanın bərpası üçün təmin etsin.

“Bunun üçün beynəlxalq koordinasiya sazişlərinə ehtiyac var” deyən o, onların əldə ediləcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Le Temps qəzeti ən böyük Credit Suisse konqlomeratının Rusiyanın 17,6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) məbləğində aktivlərini dondurduğunu yazmışdı. Qəzetin qeyd etdiyi kimi, rəsmi olaraq İsveçrə hakimiyyəti Moskvaya qarşı sanksiyalar olaraq 7,5 milyard frankı dondurdu.