DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

İsveç Ukraynaya artilleriya qurğuları verəcək

1 dəqiqəyə oxunur

İsveç Ukraynaya 8 ədəd “Archer” özüyeriyən artilleriya qurğusu verəcək.

Arazmedia.az  xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Paul Consson məlumat verib.

O qeyd edib ki, “Archer” düşmən artilleriya sistemlərini dərindən vura bilir. İlk artilleriya sistemi bir neçə aydan sonra Ukraynaya göndəriləcək.

Bildirilib ki, İsveç ordusunun 24 ədəd “Archer” silahı var. 48 ədəd artilleriya qurğusu isə anbarlarda saxlanılır.

Bundan əvvəl İsveç hökuməti Ukrayna Silahlı Qüvvələrinə 10 ədəd “Leopard” tankının verilməsini qərara alıb.