Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə Arazmedia.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. “20 Yanvar” dairəsində; 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 7. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur. Share