DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Kitablarda Özünü Tap” intellektual oyunu baş tutub

1 dəqiqəyə oxunur

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Fərdi Qrant müsabiqəsinin qalibi Şəbnəm Feyzili Ana dili gününə həsr olunmuş “Kitablarda Özünü Tap” layihəsini həyata keçirib. Layihədə kitabların sərgisi və intellektual oyun baş tutub.

Azərbaycan Regional İnkişaf İctimai Birliyi, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Şamaxı nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutan layihənin intellektual yarışında “Diplomat” qrupu qalib oldu. Qaliblərə müxtəlif bədii kitablar hədiyyə olundu. Kitabların sərgisi isə könüllülər tərəfindən həyata keçirildi. Hər bir könüllü sertifikatla təltif edildi.

Layihənin keçirilməsində məqsəd kitabların Ana dilimizin inkişafında rolunu anlatmaq, gənclərin özünüifadə bacarığının daha çox təkminləşməsinə şərait yaratmaq, gənclərin vaxtını səmərəli şəkildə keçirilməsinə şərait yaratmaqdır.