DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Tbilisidə etirazçılar polislərə molotov kokteyli atmağa başladılar

1 dəqiqəyə oxunur

Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edən etirazçılar  polis əməkdaşlarına molotov kokteyli atmağa başlayıblar.

Arazmedia.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb .

Polis etirazçıların bu cür hərəkətlərinə cavab olaraq gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nümayişçilər molotov kokteyli olan butulkalarla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da daş atmağa başlayıblar.

Bundan əvvəl etirazçıların bir hissəsi parlamentin xidməti girişinə yaxınlaşmağa çalışsa da, polis girişi bağlayaraq xüsusi texnikadan istifadə edib.

Martın 7-də axşam saatlarında Gürcüstan parlamenti minlərlə etirazçının küçələrə axışmasına səbəb olan xarici agentlər haqqında “Xarici təsirin şəffaflığı haqqında” qanunu birinci oxunuşda qəbul edib.

O da məlum olub ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə Nyu-Yorkdakı görüşlərini  ləğv edib.