Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edən etirazçılar polis əməkdaşlarına molotov kokteyli atmağa başlayıblar.
Arazmedia.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb .
Polis etirazçıların bu cür hərəkətlərinə cavab olaraq gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nümayişçilər molotov kokteyli olan butulkalarla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da daş atmağa başlayıblar.
Bundan əvvəl etirazçıların bir hissəsi parlamentin xidməti girişinə yaxınlaşmağa çalışsa da, polis girişi bağlayaraq xüsusi texnikadan istifadə edib.
Martın 7-də axşam saatlarında Gürcüstan parlamenti minlərlə etirazçının küçələrə axışmasına səbəb olan xarici agentlər haqqında “Xarici təsirin şəffaflığı haqqında” qanunu birinci oxunuşda qəbul edib.
O da məlum olub ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə Nyu-Yorkdakı görüşlərini ləğv edib.