DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Messinin ailəsinə məxsus supermarketə silahlı hücum oldu

1 dəqiqəyə oxunur

Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər hücum edib.

Arazmedia.az “Daily Mail”ə istinadən xəbər verir ki, Messi və həyat yoldaşının ailəsinin də yaşadığı bölgənin Rosario şəhərində bir qrup narkotik alverçisi ailəyə məxsus “Unico supermarket” şəbəkəsinə hücum edib.

Saat 03.20-də supermarketin qapısına atəş açan silahlılar Messiyə təhdid mesajı buraxıblar.  

“Messi, səni gözləyirik”, – deyə mesajda qeyd olunub. 

Hadisə ilə bağlı ətraflı açıqlama verməyən polislər hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı bildirilib.