DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Madrid derbisində qalib müəyyənləşmədi

1 dəqiqəyə oxunur

“Real Madrid” klubu futbol üzrə İspaniya çempionatının 23-cü turu çərçivəsində evdə “Atletiko Madrid” ilə heç-heçə edib.

Arazmedia.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

“Real Madrid”in heyətində 85-ci dəqiqədə Alfaro Rodriqes fərqlənib. “Atletiko Madrid”in heyətində Xose Mariya Ximenez qol vurub (78). Görüşün 64-cü dəqiqəsində “Atletiko”nun yarımmüdafiəçisi Anxel Korrea kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

“Real Madrid” 23 matçdan sonra 52 xalla turnir cədvəlində lider “Barselona”dan 7 xal geri qalaraq ikincidir. “Atletiko” 23 oyundan sonra 42 xalla dördüncüdür.