Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistana başsağlığı verib.
Arazmedia.az xəbər verir ki, bu barədə Nazirliyin “Twitter” səhifəsində paylaşım edib.
Tacikistanın Bədəxşan vilayətində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda deyilir.
Xatırladaq ki, Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.