Kürdəmir rayon sakinindən “Kalaşnikov” markalı avtomat silahı götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.