![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/02/1676267709.illustration_to_idf_operation_to_thwart_hamas__metro_project__may_2021__ix_1300x820_1_1300x820_2_650x410.jpg?resize=700%2C500&ssl=1)
İsrail hərbçiləri HƏMAS terror təşkilatına məxsus silah istehsalı ilə bağlı obyektlərdən birinə hücum edib.
Arazmedia.az xəbər verir ki, bu barədə fevralın 13-də İsrail Müdafiə Qüvvələri “Twitter”də məlumat yayıb.
“Qırıcılar raketlərin istehsalı üçün istifadə olunan yeraltı kompleksə zərbələr endirib”, – rəsmilər bildirib.
Eyni zamanda, bunun fevralın 11-də Qəzzadan İsrailə atılan raketə cavab olduğunu açıqlanıb.