DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Baş nazir olsaydım, Zelenski ilə heç vaxt danışmazdım” – Berluskoni

1 dəqiqəyə oxunur

“Baş nazir olsaydım, Zelenski ilə heç vaxt danışmazdım, çünki biz onun ölkəsinin xarabalığa çevrildiyini, əsgərlərin və mülki əhalinin qətliamının şahidi oluruq. İki muxtar Donbass respublikasına hücumu dayandırmaq kifayət idi və bu baş verməzdi, ona görə də bu cənabın davranışına çox mənfi münasibət bəsləyirəm”

Arazmedia.az xəbər verir ki, bunu hakim koalisiyaya daxil olan “İrəli İtaliya!” partiyasının lideri Silvio Berluskoni İtaliya mediası ANSA-ya müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenskinin davranışını kəskin tənqid edərkən deyib. 

O, həmçinin bildirib ki, hərbi münaqişəyə son qoymaq üçün ABŞ Kiyevə atəşkəs müqabilində ölkəni bərpa etmək üçün çox milyard dollarlıq plan təklif etməlidir.

Onun fikrincə, sülhə nail olmaq üçün ABŞ prezidenti Co Bayden Ukrayna prezidentinə deməlidir ki, “müharibənin sonunda Ukraynanı bərpa etmək üçün Marşal planı onun sərəncamında olacaq”.

Berluskoni vurğulayıb ki, plan “bir şərtlə 6-7-8-9 milyard dollara” çata bilər. Bu, Ukrayna tərəfində atəşkəs, həmçinin ABŞ-dan maliyyə və silah tədarükünün dayandırılmasını nəzərdə tutur.

“Yalnız bu, bu cənabı (Zelenski) atəşkəsə nail olmağa inandıra bilər”, o əlavə edib.