Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Kahramanmaraşın Pazarcık rayonunda baş verən və bir çox şəhərdə hiss edilən 7,4 bal gücündə zəlzələdən sonra açıqlama verib.
Arazmedia.az xəbər verir ki, o, bu barədə “Tvitter”ində paylaşım edib.
“Səhiyyə Nazirliyimiz, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), qubernatorluqlar və bütün digər qurumlar sürətlə işlərinə başlayıblar”, – deyə Ərdoğan yazıb.
Bildirək ki, Kahramanmaraşın Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ bir çox şəhərlərdə hiss olunub. Ən böyüyü 6,6 bal gücündə olan çoxlu sayda artçı təkanlar Kahramanmaraş və Qaziantepdə yaşanıb.