İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, təbiət hadisəsi nəticəsində 3 nəfər ölüb, 300 nəfər xəsarət alıb.
İran Seysmoloji Mərkəzinin məlumatına görə, səlzələ 6,49 kilometr dərinlikdə qeydə alınıb.
Hadisədən sonra ən azı 20 “afterşok” qeydə alınıb, onlardan ən böyüyü 3,6 bal gücündə olub.